Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb
17:07 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin gəlirləri cari ildə əvvəlki illə müqayisədə artıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ölkə əhalisi 3 476,1 mln. manatlıq və ya əvvəlki ilin yanvarı ilə müqayisədə nominal ifadədə 4,6% çox gəlir əldə edib.
Rəsmi statistikaya əsasən, ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 139,8 mln. manatlıq və ya əvvəlki ilə nisbətən 4,5% çox vəsait qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-ehalisinin-gelirleri-4-6-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR