Anar Məmmədova növbəti zərbə - Federasiya əlindən alınır

Anar Məmmədova növbəti zərbə -   Federasiya əlindən alınır
17:27 17 Fevral 2017
450 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qolf Federasiyası iş adamı Anar Məmmədovdan alına bilər. Fanat.Az xəbər verir ki, bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunur.

 

Ləğv olunmuş Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun gedişi ilə oğlunun da biznesinin çökdürülməsi, holdinqinin və qol meydançasının əlindən alınması gözlənilir. Nazir vəzifəsindən gedən Z.Məmmədovla paralel bu ailənin zəifləmiş mövqeləri daha da sarsılıb. Voleybol klubları əldən çıxan və fəaliyyətini dayandırdıqdan sonra Qolf Federasiyasının da əl dəyişəcəyi bildirilir. 


Anar Məmmədov zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşidir. O, bu idman növü ilə məşğul olur və belə demək mümkündürsə, Azərbaycanda da qolfun idman növü kimi təbliğatında xüsusi fəallıq göstərənlərdən biridir. 2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib. Çox keçmədən Məmmədovlar klanının Qubadakı "Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradılıb.

 

2014-cü ildə isə Qubada, həmin klubda Azərbaycanın Qolf Federasiyası və "European Challenge Tour”un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk "Azerbaijan Open Challenge” turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Anar Məmmədov deyib ki, o, qolfun Azərbaycanda "ən uğurlu idman növlərindən biri olacağına” inanır. Nazir oğlu o zaman qol meydançasının açılışında da iştirak etməmişdi. Lakin belə görünür ki, Azərbaycan qolfunun gələcək inkişafında Anar Məmmədovun yeri görünmür. Çünki Ziya Məmmədovun və klanının sıradan çıxarılması prosesi gedir. Məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir. Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var. Yaxın günlərdə bu federasiyanın rəhbərliyi dəyişəcək.

 

Məlumat üçün deyək ki, Ziya Məmmədov hədəfə gələndən sonra Anar Məmmədov ölkəni tərk edib. Bəzi iddialara görə, o, Londona köçüb. Anar Məmmədovun "Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-anar-mmmdova-novbti-zrb-t56341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR