"28 Mall"da elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb

"28 Mall"da elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb
17:37 17 Fevral 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.
 Ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq" , - deyə, ticarət mərkəzindən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/28-mall-ticaret-merkezinde-elektrik-enerjisinin-kesilmesinin-sebebi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR