EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir

EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir
17:37 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin birgə maliyyələşdirməsinə dair görüşləri davam etdirir. 
"Report" "İnterfax Energy"yə istinadən xəbər verir ki, bu barədə məlumatı EBRD-nin təmsilçisi Kseniya Manyuşis (Ksenia Manyushis) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Qaz Konfransında verib. 
K.Manyushisin sözlərinə görə, maliyyələşdirmə ilə bağlı proses hələ bitməyib: "İlk görüşmələr 5 il əvvəl TAP nümayəndələrinin EBRD-yə müraciət etdiyi vaxt başlayıb. Bu da onu göstərir ki, belə bir iri layihənin maliyyələşdirilməsi üçün danışıqlar uzun sürə bilər və buna görə də daha əvvəlcədən düşünmək lazımdır".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ebrd-tap-in-maliyyelesdirilmesi-ile-bagli-gorusleri-davam-etdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR