Ukraynada LNG bazarı iştirakçılarının problemlərinin həlli yolları müzakirə edilir

Ukraynada LNG bazarı iştirakçılarının problemlərinin həlli yolları müzakirə edilir
17:37 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 17 fevral. REPORT.AZ/ Xarici neft-qaz şirkətlərinin Ukrayna strukturları bu ölkədə mayeləşdirilmiş təbii qaz (Liquified Natural Gas - LNG) bazarının tərəddüdlərinə daha həssasdır.
Bu barədə "Report"a "A-95" konsaltinq qrupunun rəhbəri Sergey Kuyun bildirib.
"2011-2015-ci illərin təcrübəsi göstərir ki, xarici şirkətlər şəffaf olur, başqa sözlə, onlar rüşvət vermir, öz aralarında danışıb razılaşmırlar, onların heç belə imkanı da yoxdur. Buna görə də onlar bazardakı qaranlıq oyunların ilk qurbanları olurlar. Ukrayna şirkətləri bu baxımdan daha elastikdir. Təəssüf ki, heç bir beynəlxalq şirkət Ukraynada liderliyi ələ ala, uğur qazana bilməyib. Məsələn, "Shell" beynəlxalq neft-qaz bazarının liderlərindən biri olsa da, Ukraynada heç bir kateqoriya üzrə lider deyil" - S.Kuyun vurğulayıb.
Qeyd edək ki, Kiyevdə "Mayeləşdirilmiş təbii qaz bazarında sabitliyin pozulması: dövlət və istehlakçılar üçün səbəbləri və nəticələri" mövzusunda konfrans keçirilib. Konfransda Ukraynanın mayeləşdirilmiş təbii qaz və neft məhsulları bazarının əsas iştirakçıları biznesə əsassız təzyiq göstərildiyini və mayeləşdirilmiş təbii qaz idxalının qarşısının alınması nəticəsində böyük itkilərlə üzləşdiklərini bəyan ediblər. Bazar iştirakçıları bu cür hərəkətlərin bazarda monopoliya yaratdığını və istehlakçılar üçün qiymətlərin artacağı anlamına gəldiyini vurğulayıblar. Onlar bazara yeni oyunçuların çıxarılmasının zəruri olduğunu qeyd ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukraynada-lng-bazari-istirakcilarinin-problemlerinin-helli-yollari-muzakire-edilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR