Bakıda gecə klubundan çıxan qızı maşında zorladılar

Bakıda gecə klubundan çıxan qızı maşında zorladılar
18:05 17 Fevral 2017
685 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gecə klubundan çıxan qadını maşında zorlayıblar.
 
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Zorlama haqqında Nərimanov Rayonu Polis İdarəsinə ərizə ilə müraciət daxil olub. 
 
20 yaşlı qız bildirib ki, 16 fevral tarixində saat 04:30-da Tural adlı cavan oğlan tərəfindən zorlanıb. Zərərçəkmişin sözlərinə görə, hadisə avtomobildə baş verib.
 
Qız polisə bildirib ki, Turalla gecə klublarından birində yaxşıca əylənib. Spirtli içki qəbul edən gənclər daha sonra evə qayıtmaq üçün klubdan çıxıblar. Yola çıxan qız evinə çatmamış oğlan tərəfindən zorlanıb.
 
Polisdən verilən məlumata görə, cinayət işinin materialları rayon prokurorluğuna göndəriləcək. 
 
Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR