“Kağız qəbir” BDU-da

“Kağız qəbir” BDU-da
18:08 17 Fevral 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Dövlət Universitetində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, AYB-in mətbuat xidmətinin rəhbəri, filmin ideya rəhbəri, şair Xəyal Rza tədbiri giriş sözü ilə açaraq film haqqında məlumat verib. Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin Türkiyədə də ictimaiyyətə təqdim olunacağını bildirib. Sonra çıxış edən Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək filmin çəkilişlərinin Qubanın İkinci Nügədi kəndində aparıldığını bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rolları aktyorlar - Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin təşkilati dəstəyi Azərbaycan Yazıçılar Birliyidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/188248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR