Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Xocalı Komitəsi yaradıb

Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Xocalı Komitəsi yaradıb
18:12 17 Fevral 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Niderland Xocalı Komitəsi yaradıb.
Bu barədə "Report"a Niderland Azerbaycan Turk Kultur Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. 
İ.Aşkın bildirib ki, Niderlandda fəaliyyət göstərən beş təşkilat Xocalı komitəsi adı altında birləşəcəklər: "Xocalı faciəsindən 25 il ötür. Biz, hər il olduğu kimi bu il də fevralın 26-da Den Haag şəhərində Xocalı faciəsi qurbanlarının əziz xatirəsini yad edəcəyik. Niderlandda fəaliyyət göstərən "Ana Vətən", Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azerbaycan Türk Kültür Dərnəyi, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyəti ve Avropa Azərbaycan Dostları Mərkəzi bu il Niderland Xocalı Komitəsi adı altında Xocalı faciəsini birlikdə yad edəcəkdir. Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş, bir çox kitabların müəllifi və dövlət mükafatlarına layiq görülən Səriyyə Müslümqızı acı xatirələrini bizimlə paylaşacaq.Tədbirdə Haaga Azərbaycan məktəbinin şagirdlərinin ifasında şerlər səslənəcək, "Odlar Yurdu" Cəmiyyətinin sədri  Firəngiz Bağırovanın Xocalı haqqında hekayəsi və Səriyyə Müslümqızının qısametrajlı filmi nümayiş etdiriləcək.Tədbirimiz Azərbaycan Niderland Türkiye Kültür Dərnəyinin təşəbbüsü ilə Den Haagda qoyulmuş Xocalı Monumentində başlayaraq Vailant Teatr binasında davam edəcəkdir". 

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/niderlandda-turkiye-ve-azerbaycan-diaspor-teskilatlari-xocali-komitesi-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR