BMTİP Azərbaycana İqlim Dəyişikliyi üzrə öhdəliyin yerinə yetirilməsi üçün dəstək olacaq

BMTİP Azərbaycana İqlim Dəyişikliyi üzrə öhdəliyin yerinə yetirilməsi üçün dəstək olacaq
19:02 17 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün Dördüncü Milli Kommunikasiya və İkinci İki illik Hesabat üzrə layihə imzalayıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, layihənin Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilib və nazirlik ilə BMTİP-nin sıx əməkdaşlığı nəticəsində hazırlanıb.
Layihənin ümumi büdcəsi 852 000 ABŞ dollarıdır. Yeni layihə Azərbaycan hökumətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə Konvensiya qarşısında davamlı olaraq hesabat verməyə dəstək olacaq. Bu layihə, Azərbaycanda sonrakı iqlim dəyişikliyi gündəliyinikənd təsərrüfatı, enerji, nəqliyyat, tikinti, meşə təsərrüfatı kimiiqtisadiyyatın digər sahələri üzrə mühüm məlumatıntoplanması, təhlili, ümumiləşdirilməsi, eləcə də BMT Katibliyinə təqdimatı vasitəsilə təkmilləşdirəcək. Bu, həmçinin yerli ekspertlərin məlumatların yeni üsulla toplanması və təhlili üzrə texnikı və metodologiyanın tətbiqi bacarıqlarını təkmilləşdirəcək.
BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan höküməti tərəfindən qəbul edilmiş və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq üçün bu əməkdaşlığın vacibliyini vurğulayıb: “Biz yoxsulluğu aradan qaldıra biləcək ilk, iqlim dəyişikliyinin təsirlərinin qarşısını ala biləcək son nəsilik. Dayanıqlı İnkişaf Məqsədləri bizim əməkdaşlığımız üçün yeni qapılar açır və birgə fəaliyyətimiz üçün yeni imkanlar yaradır. Qlobal məsələlərə verilən bu töhfələr Azərbaycanın beynəlxalq mövqeyini bu sahədə gücləndirəcək” - Q.İshaqzai deyib.
Qeyd edək ki, ümumi istixana qazı payının təqribən 0,1% payına sahib olmasına baxmayaraq, Azərbaycan nəinki yalnız iqlim dəyişikliyinə uyğunlaşma üzrə, həmçinin onun azadılmasına yönəli layihə və tədbirlər həyata keçirir. Yeni təsdiqlənən Paris Razılaşmasına əsasən, Azərbaycan iqlim dəyişikliyinin azaldılması səyləri kimi 1990-cı il göstəricisi ilə müqayisədə 2030-cu ilədəkistixana qazlarının 35%-i azadılmasına nail olmağı könüllü olaraq öz öhdəliyinə götürüb. Azərbaycan həyata keçirilən fəaliyyət və nəticələrilə bağlı mütəmadi olaraq hesabat verir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmti-p-azerbaycana-i-qlim-deyisikliyi-uzre-ohdeliyin-yerine-yetirilmesi-ucun-destek-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR