Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb
19:02 17 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-munxende-kaspersky-lab-sirketinin-sahibi-ve-bas-icraci-direktoru-ile-gorusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR