Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü - FOTO

Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü - FOTO
19:12 17 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirildi. Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulandı. Azərbaycanın brendi olan "ASAN xidmət"in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edildi. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlindi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR