Xəzərin üstündən keçib İŞİD-in "paytaxt"ını bombaladılar

Xəzərin üstündən keçib İŞİD-in "paytaxt"ını bombaladılar
19:22 17 Fevral 2017
290 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tu-95MS tipli uzaq məsafəli nbombardmançıları İŞİD-in paytaxtı hesab edilən Rakka şəhərini qanadlı raketlərlə vurublar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Mənbəyə görə, İran və İraqın hava məkanlarından keçməklə Suriyaya daxil olan hərbi təyyarələr Х-101 qanadlı raketləri ilə Rakkaya zərbə endiriblər. Hədəf olaraq terrorçuların hərbi düşərgələri və İŞİD-in iri dəstələrindən birinin idarəetmə məntəqəsi olub. Bütün hədəflər uğurla vurulub.

Bombardmançıları Suriyanın Hmeymim aviabazasında yerləşən Su-30SM və Su-35S qırıcıları müşayiət ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR