Bu ilin yanvarında sərnişindaşımada daha çox avtomobildən istifadə olunub

Bu ilin yanvarında sərnişindaşımada daha çox avtomobildən istifadə olunub
19:52 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 16,7 mln. ton yük və 141,4 mln. sərnişin daşınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,3%, sərnişin daşınması isə 2,7% artıb. 
Statistika Komitəsindən "Report"a verilən məlumata görə, yüklərin 57,1%-i avtomobil, 31,3%-i boru kəməri, 7,7%-i dəmir yolu, 3,8%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 87,0%-i avtomobil, 12,8%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-ilin-yanvarinda-sernisindasimada-daha-cox-avtomobilden-istifade-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR