Bakıda Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kuboku start götürəcək

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kuboku start götürəcək
19:57 17 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıda fevralın 18-də Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kuboku start götürəcək. 
"Report"un məlumatına görə, iki gün davam edəcək yarış Milli Gimnastika Arenasında keçiriləcək.
Yeni qaydalar əsasında təşkil olunacaq turnirdə 15 ölkədən ümumilikdə 85 nəfər batutçu və tamblinqçilər iştirak edəcəklər. Yarışların ilk günündə təsnifat mərhələləri, ertəsi isə final mərhələləri baş tutacaq.
Dünya Kubokunda Azərbaycanı fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.
Turnirdə həmçinin məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.
Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ikinci dəfədir təşkil olunur. Turnir ilk dəfə 2016-cı ilin mart ayında Azərbaycanda keçirilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bakida-batut-gimnastikasi-ve-tamblinq-uzre-dunya-kuboku-start-goturecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR