"İkinci güllə" qısametrajlı filminin təqdimatı keçirilib

"İkinci güllə" qısametrajlı filminin təqdimatı keçirilib
20:12 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında  "İkinci güllə" qısametrajlı filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, film Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Yeni nəfəs 1" müsabiqəsinin qalibi Natiq Rəsulovun ssenarisi əsasında lentə alınıb.
Tədbirdə iştirak edən əməkdar incəsənət xadimi Natiq Rəsulzadə bildirib ki, bu müsabiqə yeni istedadlı gənclərin aşkarlanmasında əvəzsiz vasitədir : " "Yeni Nəfəs" gənc ssenaristlərin, rejissorların, kinematoqrafçıları üzə çıxarır. Müsabiqənin ən yaxşı ssenariləri toplu şəkildə dərc olunub".
Film bir kəndin adət-ənənələrinin yeni ailə qurmuş cütlüyün faciəsinə çevrilməsindən bəhs edir.
"Nərimanfilm" kinostudiyasında çəkillən filmin təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinoteatrlarının təşkilatı dəstəyi ilə baş tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/i-kinci-gulle-qisametrajli-filminin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR