İtaliyanın "Peskara" klubuna yeni baş məşqçi təyin edilib

İtaliyanın "Peskara" klubuna yeni baş məşqçi təyin edilib
20:47 17 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ İtaliyanın "Peskara" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. 
"Report"un məlumatına görə, Abrutso əyalətini təmsil edən komanda çexiyalı Zdenek Zemana tapşırılıb.
Karyerası ərzində "Latsio", "Roma", "Napoli" kimi klublarda çalışan 70 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefa verən Massimo Oddonu əvəzləyib.
Qeyd edək ki, "Peskara" 2011/12 mövsümündə Zemanın rəhbərliyi altında Seria B-nin qalibi olub və elitaya yüksəlib. Komanda hazırda A Seriyasında 24 turdan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliyanin-peskara-klubuna-yeni-bas-mesqci-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR