Polis maşınına hücum: 2 ölü

Polis maşınına hücum: 2 ölü
07:41 7 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Dağıstanın Xasavyurt rayonunda naməlum silahlılar polis işçilərinin avtomobilini atəşə tutublar.

ANS PRESS-in məlumatına görə, hücum nəticəsində 2 polis həyatını itirib, ikisi isə yaralanıb.

“İnsident Moskva vaxtı ilə saat 21:00-da Xasavyurt-Oktyabrski yolunda baş verib. Yolu kəsən “Lada-Kalina” maşınından naməlum yaraqlılar polislərlə dolu avtomobilə atəş açıblar. Nəticədə VAZ-2199 avtomobilində olan 2 polis əməkdaşı aldıqları yaralardan həyatlarını itiriblər, digər iki əməkdaş isə yaralanıb”- deyə hüquq respublikanın mühafizə orqanlarında olan mənbə İtar-Tassa bildirib.

Qeyd olunur ki, operativ-axtarış tədbirləri nəticəsində polis əməkdaşları hücum edənlərin avtomobilininin yolunu kəsiblər. Atışma nəticəsində 3 hücum edəndən biri öldürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR