Tramp NATO-da dəyişiklik istəyir

Tramp NATO-da dəyişiklik istəyir
21:28 17 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp NATO-nu dəstəkləyir, amma hesab edir ki, alyansda dəyişikliyə ehtiyac var.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mettis Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib:"Tramp bugünki tələblərə uyğunlaşmaq üçün NATO-da dəyişiklik ideyasını dəstəkləyir".

Onun sözlərinə görə, NATO yeni təhlükələri müzakirə etməli və vahid blok şəklində çıxış etməlidir. Yeni təhlükələr dedikdə isə ABŞ müdafiə naziri terrorizm, kiberhücum və hibrid müharibələrini nəzərdə tutub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR