Buffon: ""Qalatasaray"ı izləmək üçün daha bir səbəbim var"

Buffon: ""Qalatasaray"ı izləmək üçün daha bir səbəbim var"
21:42 17 Fevral 2017
148 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un təcrübəli qapıçısı Canluici Buffon sabiq komanda yoldaşı, "Qalatasaray"ın baş məşqçisi təyin olunan İqor Tüdora ismarıc göndərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qolkiper Tüdor haqqında xoş sözlər işlədib: "İqor mükəmməl oyunçu idi. Çox böyük tatiki zəkaya malikdir. Fiziki baxımdan çox güclü idi, həmişə ən yaxşısını edərdi. Bizim komandanın əsas fiqurlarından biri idi. Bəxti gətirmədi. Çox zədələndi. Zədələnməsə uzunmüddətli və uğurlu karyerası olacaqdı. Ona burdan mesaj göndərirəm. Bizim İqora şans arzulayıram. Mənim "Qalatasaray"ı izləmək üçün bir səbəbim də var. Bütün "Yuventus" sənin arxandadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR