"Real"ın prezidenti vəzifəsindən getmək istəyir

"Real"ın prezidenti vəzifəsindən getmək istəyir
21:52 17 Fevral 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in prezidenti Florentino Perez postundan getmək barədə düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Perez işlərini davam etdirəcək namizəd axtarır. Bu namizəd onun müəyyən etdiyi strategiaya sadiq qalmalı və "Santiago Bernabeu"nun yenidənqurma işlərini davam etdirməlidir.

Florentino Perez ilk dəfə 2000-ci ildə Lorenzo Sansa qalib gələrək "Real"ın prezidenti seçilmişdi. "Qalaktikos" ideyasını əsas götürən funksioner həmin ildə Luiş Fiqonu "Barselona"dan transfer etməklə diqqətləri üzərinə çəkə bildi. Daha sonra Ronaldo, Zidan, Bekhem kimi futbol ulduzları da "Real"a transfer olundu. Bununla belə Madrid klubunun istedadlı yetirmələri heyətdən kənarda qalırdı. Perez 2006-cı ildə istefa versə də, 2009-cu ildə yenidən prezident postuna qayıtdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR