Türkiyədə daha bir deputat həbs olundu

Türkiyədə daha bir deputat həbs olundu
22:32 17 Fevral 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Şırnak üzrə millət vəkili Fərhad Encü həbs olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, F. Üncü bu gün Şırnak hava limanında saxlanılaraq Cizrə Ədliyyəsinə aparılıb. O, "silahlı terror təşkilatına üzv olmaq" və "təşkilatın təbliğatını aparmaq" cinayət maddələri üzrə ittiham olunaraq haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bugünə qədər HDP sədri Səlahəddin Dəmirtaş və həmsədri Figen Yüksəkdağ olmaqla 14 nəfər həbs olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR