Tolqahana ərə gedən Almeda əsəbiləşdi:"Bu insanların..."

Tolqahana ərə gedən Almeda əsəbiləşdi:"Bu insanların..."
23:05 17 Fevral 2017
241 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fevralın 13-də aktyor Tolqahan Sayışman ilə ailə quran model Almeda Abazi dostlarından gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə İnstaqram hesabında bildirib.

Almeda yaxın toy münasibətilə onu təbrik etmədikləri üçün dostlarını tənqid edib:

"Həyatımın ən xoşbəxt günü idi. Xəyallarımın gerçəkləşdiyi bu gündə, həyatımın ən önəmli qərarını verdiyim o anda yanımda olmasa da, məni axtaran, təbrik edən dostlarıma təşəkkür edirəm. Albaniyada uzaq-yaxın bildiyim hər kəs məni axtarsa da, hətta dünyanın müxtəlif ölkələrindən təbrik mesajları alsam da, Türkiyədə çox şeyləri bölüşdüyüm insanların əksəriyyətinin axtarmaması məni təəccübləndirdi. Demək ki, bu insanların yoldaşlıq, dostluq anlayışları mənimki ilə tutuşmur. Hamıya həyatda uğurlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR