Millimiz Türkiyəni darmadağın etdi, 3-cü oldu

Millimiz Türkiyəni darmadağın etdi,  3-cü oldu
23:07 17 Fevral 2017
163 İdman
Ölkə mətbuatı
A- A+

İranın Kirmanşah şəhərində Dünya Kuboku uğrunda mübarizəyə qatılan sərbəst güləş üzrə Azərbaycan yığması çıxışını başa vurub. Fanat.Az xəbər verir ki, ABŞ-a uduzan millimiz finala vəsiqə qazana bilməyib və 3-cü yer uğrunda görüşdə Türkiyəylə qarşılaşıb.



Amerika təmsilçisiylə 8 çəki dərəcəsində 4:4 hesablı heç-heçə edən pəhləvanlarımız ümumi xal hesabına görə finala həsrət qalıb – 14:20. Qardaş ölkənin yığmasıyla mübarizə isə dramatik alınmayıb. Firdovsi Umudovun yetirmələri 7:1 hesablı qələbəyə sevinərək 3-cü yeri tutub.

 

Finalda meydan sahibi İran ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Azərbaycan indiyədək iki dəfə bu yarışın qalibi olub.

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-turkiyni-darmadan-etdi-t56347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR