33 yaşlı kişi müəmmalı şəkildə ağır xəsarət alıb

33 yaşlı kişi müəmmalı şəkildə ağır xəsarət alıb
23:12 17 Fevral 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər sakini ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Hüseynov Sərxan Aqil oğlu döş qəfəsinin sol tərəfinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınları S. Hüseynovun yıxılaraq döş qəfəsinə şüşə batdığını desələr də, onun bıçaqlandığı bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/518738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR