"Qaşlarım o qədər qalın idi ki, nifrət edirdim özümə"

"Qaşlarım o qədər qalın idi ki, nifrət edirdim özümə"
23:27 17 Fevral 2017
260 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Müge Boz qonuq olduğu verilişdə maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, məktəb illərində qaşlarından utandığını deyib:

"Qaşlarım o qədər qalın idi ki, nifrət edirdim özümə. Hər kəs məni ələ salırdı. Hamının qaşı normal idi, tək məndə qalın idi. Ona görə mən özümü də anormal sayırdım. Amma bir gün bezdim və gözəllik salonuna gedib qaşlarımı aldırdım. Evə gələndə bibim məni danladı və dedi ki, başqaları qaşı çıxsın deyə bir ətək pul tökür, mən isə onları aldırıram".

Müge bildirib ki, bibisinin bu sözlərindən sonra o, bir daha qaşlarına əl vurmayıb və bu qaşlarla daha cazibədar göründüyünü anlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR