Meksikada cinayətkarlarla hərbçilər arasında silahlı toqquşma olub

Meksikada cinayətkarlarla hərbçilər arasında silahlı toqquşma olub
03:47 18 Fevral 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Meksika hərbçiləri ABŞ-la sərhəddə yerləşən Tamaulipas ştatının Reynosa şəhərində 8 cinayətkarı zərərsizləşdirib.
"Report" xəbər verir ki, şəhərdə silahlı toqquşmalar hələ də davam edir.
"El Universal" qəzetinin məlumatına görə, irimiqyaslı xüsusi əməliyyata dəniz piyadaları ilə yanaşı quru qoşun bölmələri və aviasiya cəlb olunub.
Canilər hüquq-mühafizə orqanları əməkdaşlarına fəal şəkildə müqavimət göstərirlər, həm avtomobillər, həm də yandırılmış təkərlərlə yolları bağlayırlar. Əhali və hərbçilər arasında itki barədə məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-cinayetkarlarla-herbciler-arasinda-silahli-toqqusma-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR