ABŞ-da 21 yaşlı gənc ailəsinin 3 üzvünü qətlə yetirib, sonra isə intihar edib

ABŞ-da 21 yaşlı gənc ailəsinin 3 üzvünü qətlə yetirib, sonra isə intihar edib
07:42 7 Yanvar 2015
191 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 07:15 ]

Bakı-APA. ABŞ-ın Corciya ştatında 21 yaşlı gənc 12 yaşlı bacısı daxil olmaqla ailəsinin 3 üzvünü güllələyib, sonra isə intihar edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Poldinq dairəsində yaşayış evində baş verib. “Atlanta Journal-Constitution” qəzetinin məlumatına görə, 21 yaşlı   Feliks Almonte yerli polisdə çavuş rütbəsində xidmət edən ögey atası Sem Driskelin tapançasını ələ keçirərək onu, anasını və 12 yaşlı bacısını qətlə yetirib, sonra isə özünə atəş açaraq  intihar edib.

 

Sem Driskelin işə çıxmadığını görən həmkarları məsələyə aydınlıq gətirmək üçün evinə gəliblər və burada 4 cəsəd aşkarlayıblar.

 

Hadisənin səbəbi araşdırılır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR