Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib

Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib
04:07 18 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.
Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.
53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/leyla-eliyeva-munxen-tehlukesizlik-konfransinin-acilis-sessiyasinda-muzakirelerin-gedisini-izleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR