Baş nazir xəstəxanadan evə buraxıldı

Baş nazir xəstəxanadan evə buraxıldı
04:39 18 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Polşanın baş naziri Beata Şidlo xəstəxanadan evə buraxılıb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters  agentliyi xəbər verib.

 

“Özümə bir neçə günlük istirahət verəcəm. Fevralın 21-də,  hökumətin iclasından sonra keçiriləcək mətbuat konfransında görüşərik”, deyə B.Şidlo jurnalistlərə bildirib.

 

Xatırladaq ki, Polşanın baş naziri Beata Şidlo fevralın 10-da Krakov şəhəri yaxınlığında avtomobil qəzasına düşmüşdü. Hadisə nəticəsində yüngül xəsarətlər alan B. Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR