"Subay" salatı

"Subay" salatı
07:05 18 Fevral 2017
443 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Subay" salatının hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Enqadin

Tərkibi: 

2 xiyar

1 yerkökü

10 dilim salyami kolbasası

15 ədəd konservləşdirilmiş göbələk

0.5 st. konservləşdirilmiş qarğıdalı

4 x.q. mayonez

3 yumurta 

8 orta boy pomidor

duz

istiot

4 ədəd ikiyə bölünmüş zeytun 

5-6 budaq cəfəri

Qabığı soyulmuş xiyarla yerköküləri sürtgəcdən keçirib qarışdırın. Salyami ilə göbələyi xırda doğrayın. Qarğıdalı, mayonez, duz, istiot qatıb qarışdırın. 

Yumurtaları suda bişirib təmizləyin. 

Pomidorların üst hissəsini 1 barmaq qalınlıqda qapaq kimi kəsin, içini oyun. 

Salatı pomidorların içinə doldurun. Pomidorları salat qabına düzün.

Salatın qalanını qabın ortasına qoyun. Pomidorların üzərinə yumurta dilimi, zeytun və cəfəri budaqları qoyaraq bəzəyin. 

Nuş olsun!

resept: "Sofra" dərgisi

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/517310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR