Bakıda yollar buz bagladı - avtobuslarının hərəkətində problemlər yaranıb - FOTO

Bakıda yollar buz bagladı - avtobuslarının hərəkətində problemlər yaranıb - FOTO
07:52 18 Fevral 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın əksər küçə və prospektində, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində,  Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 yanvar  və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.

Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 20 km/saat endirilib.

Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edilir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR