Аmerikalılar KİV-lərdən çox Trampa inanır

Аmerikalılar KİV-lərdən çox Trampa inanır
08:05 18 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalıların 45%-i prezident Donald Trampa, 42%-i isə kütləvi informasiya vasitələrinə daha çox etimad edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, "Fox News" telekanalının  keçirdiyi rəy sorğusundan sonra məlum olub.
 
Məlumata əsasən, respondentlərin  10%-i hər iki tərəfə inanmadığını bildirib.
 
Rəyi soruşulanların 68%-i hesab edir ki, KİV-lər sabiq prezident Barak Obama ilə müqayisədə Trampa qarşı daha sərt davranırlar. Fevralın 11-13-də keçirilən sorğuda 1013 nəfər iştirak edib.
 
Qeyd edək ki, bu gün rezident D.Tramp özünün "Tvitter" hesabında bir sıra ABŞ KİV-lərini "xalq düşməni" adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR