Ən nadir displey hazırlandı

Ən nadir displey hazırlandı
08:05 18 Fevral 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Elektron cihazlar üçün şəffaf ekran yaratmaqdan ötrü çoxsaylı cəhdlər edilib və bu yaxınlarda "Japan Display Inc" şirkəti də öz variantını təqdim edib. Yapon şirkətinin istehsalı olan ekranın şəffaflıq əmsalı 80% təşkil edir və ən müxtəlif sahələrdə (pəncərə, artırılmış reallıq cihazları və sairə) tətbiq oluna bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni tip displeyin şəffaflıq əmsalı bundan əvvəl təqdim edilmiş belə qurğularla müqayisədə iki dəfə yüksəkdir. Bu, yeni istehsal texnikasından istifadə ilə izah edilir. Məsələn, polyarizator və işıq filtrindən istifadəyə əsaslanan maye kristal ekranlarda şəffaflıq səviyyəsi 30%-i ötmür, belə texnologiyalardan istifadə edilmiş "OLED" tipli ekranlarda 45%-lik şəffaflıq əmsalına nail olmaq mümkündür.

Hazırda 300x300 piksel təsvir ölçülü şəffaf ekran nümunəsinin diaqonalı 4 düym təşkil edir. Belə ekranlar elektron kitab, saat, smartfon, artırılmış reallıq sistemləri, reklam lövhələri, mağaza vitrinləri, "ağıllı" pəncərələr və digər sahələrdə tətbiq oluna bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR