Virtual “Geyim otağı” yaradıldı

Virtual “Geyim otağı” yaradıldı
08:27 18 Fevral 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Gap Inc." şirkəti "Geyim otağı" ("DressingRoom") əlavə reallıq proqramını yaradıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, virtual ölçmə proqramı "Google" ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
 
Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir.
 
Ölçmənin nəticəsi istifadəçini təmin edərsə, proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. "DressingRoom" proqramı yalnız "Google Tango" platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, "Lenovo Phab2 Pro"-da mümkündür.
 
"Gap" şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, "DressingRoom" yalnız ticarətin stimullaşdırılması yollarından biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR