NATO kibertəhlükəsizlik barədə plan qəbul etdi

NATO kibertəhlükəsizlik barədə plan qəbul etdi
08:37 18 Fevral 2017
125 Maraqlı
Ölkə mətbuatı
A- A+

NATO kibertəhlükəsizliyin təmin edilməsi və kiberməkanda fəaliyyət barədə plan hazırlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
 
"Bu gün biz kibermüdafiə barədə yenilənmiş plan və kiberməkanın əməliyyat sahəsi olaraq istifadəsinə dair fəaliyyət planını qəbul etdik", - deyə baş katib vurğulayıb. O bəyan edib ki, kibertəhlükəsizlik NATO üçün vacib prioritetlərdən biridir: "Biz artıq şəbəkələrimizin müdafiəsini gücləndirmişik, kiberinsidentlərə operativ reaksiya verəcək qruplar yaratmışıq və müttəfiqlərin kibermüdafiəsinin möhkəmləndirilməsinə kömək edirik".  
 
Qeyd edək ki, 2016-cı ildə NATO-ya qarşı kiberhücumlar 1 il əvvəlki dövrlə müqayisədə 60% artıb. Əsas ittiham olunan dövlət Rusiyadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR