“Huawei” “Siri”yə rəqib yaradır

“Huawei” “Siri”yə rəqib yaradır
08:47 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Çinin texnologiya nəhəngi "Huawei" şirkətinin rəhbərliyi özünün rəqəmsal köməkçisinin yaradılması imkanlarına baxır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bununla da ABŞ-ın "Siri" şirkətinin yaxın zamanlarda rəqibi ola bilər.

Mənbə bildirir ki, bununla bağlı müəyyən işlər artıq artıq başlayıb. Bunu həmçinin "Huawei" şirkətinin rəqəmsal köməkçisinin yaradılması prosesinə yüzdən artıq mütəxəssisin cəlb etməsi faktı da təsdiqləyir.

Təxmin edilir ki, "Huawei" ilk növbədə "Siri"nin rəqibini Çin istifadəçiləri üçün tərtib edir. Sistem istifadəçilərlə yerli dildə ünsiyyət quracaq və onun daxili bazardan kənara çıxa biləcəyi məlum deyil.

Bu arada şayiələr ondan xəbər verir ki, "Huawei"in rəqəmsal köməkçisi Çində qalacaq. Ölkədən kənarda isə şirkət "Google" və "Amazon" şirkətlərinin xidmətləri ilə qarşılıqlı əməkdaşlıq edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/518618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR