Bu virus Flash Player-lə yenilənir

Bu virus Flash Player-lə yenilənir
08:52 18 Fevral 2017
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Eset" beynəlxalq antivirus şirkəti "Adobe Flash Player" yenilənməsi adı altında mobil qurğularda yayılan troyan barədə xəbərdarlıq edib. Virus bank hesablarındakı pulun oğurlanması üçün istifadə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, zərərverici proqram təminatı müdaxiləyə məruz qalmış sayt və sosial şəbəkələr vasitəsilə yayılır, smartfon və planşetə qurulduqdan sonra "Saving Battery" xidməti adı altında işləməyə başlayır və sistemdə geniş imtiyazlar istəyir. Lazımi imtiyazları ələ keçirmiş troyan uzaq serverlə əlaqə yaradır və əsasən mobil bankçılıq sistemlərində vəsaitlərin ələ keçirilməsi üçün istifadə edilən başqa virusları sistemə yükləyir.

Mobil qurğuya müdaxilə etmiş yükləyici virusu antivirusun köməyi ilə silmək mümkündür. Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, virusun silinməsi onun quraşdırdığı zərərverici proqramlara təsir etməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR