Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq

Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq
08:52 18 Fevral 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola bildirib ki, bir də heç vaxt "Barselona"ya baş məşqçi qismində qayıtmayacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, ispaniyalının sözlərini "Goal" portalı sitat gətirib.
Ötən gün "The Sun" qəzeti yazıb ki, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi Qvardiolanı kluba qayıtmaq üçün razı salmağa çalışır.
"Xeyir, mən heç vaxt məşqçi kimi "Barselona"ya qayıtmayacağam. Mənim oradakı vaxtım ötüb", - deyə Qvardiola bildirib.
Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub. Bu müddət ərzində klub üç dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Kuboku və Superkubokunu qazanıb, həmçinin iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Dünya Klub Çempionatının qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR