Çin kosmosa yük gəmisi göndərəcək

Çin kosmosa yük gəmisi göndərəcək
08:57 18 Fevral 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin ilk kosmik yük gəmisi olan "Tiencou-1" cari ilin aprelində orbitə buraxılacaq.

Milli.Az lent.az-a istinadən bildirir ki, gəmi Çinin şimalındakı liman şəhəri olan Tiencində hazırlanıb.
 
"Tiencou-1" artıq bu ölkənin Haynan əyalətində fəaliyyət göstərən Vınçang Atma Mərkəzinə gətirilib. Yük gəmisi burada montaj və test prosedurundan keçərək orbitə buraxılması üçün hazır vəziyyətə gətiriləcək.
 
Altı ton yük daşıya biləcək "Tiencou-1" orbitdə kosmik stansiyanın yaradılması istiqamətində böyük töhfələr verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR