Xəzər dənizindən kişi meyidi çıxarılıb

Xəzər dənizindən kişi meyidi çıxarılıb
09:12 18 Fevral 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə müşahidə edilən meyit sahilə çıxarılıb. “Report”un xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məluamata görə, dünən saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.
Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xezer-denizinden-kisi-meyidi-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR