Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə

Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə
09:42 18 Fevral 2017
237 Dünya
Ölkə mətbuatı
A- A+

Münxen təhlükəsizlik konfransında birinci panel müzakirələrinin aparıcısı, Böyük Britaniyanın "Financial Times" qəzetinin icraçı direktoru Filipp Stivens konfrans iştirakçılarına sual verən Estoniya prezidenti Kersti Kalyulaydı tanımayıb.

Milli.Az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, konfransda müzakirələrin birinci hissəsi başa çatdıqdan sonra aparıcı zalda suallar mərhələsinə keçib. O, Estoniya prezidenti əlini qaldıraraq sual vermək istəyəndə: "Bu xanım sual vermək istəyir. Siz yaxşı olardı ki, özünüzü və kimi təmsil etdiyinizi söyləyərdiniz", - deyə bildirib.

Estoniya lideri isə cavabında söyləyib ki, "Təşəkkür edirəm. Mən Estoniya prezidenti Kersti Kalyulaydam".

Qeyd edək ki, 17-19 fevral tarixlərində keçirilən Münxen konfransında 30 ölkənin dövlət başçısı, 80-dən çox müdafiə naziri iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR