“Kəpəz”i stadiona buraxılmadı

“Kəpəz”i stadiona buraxılmadı
10:17 18 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” dünən keçirdiyi son məşqlə bugünkü matçın hazırlığını başa vurub. 


Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər”in oyunöncəsi son məşqinin görüşə ev sahibliyi edəcək "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulurdu.

 

Lakin hava şəraiti buna mane olub. Belə ki, yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən, gəncəlilər “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində hazırlaşıblar.

 

Qeyd edək ki, “Neftçi” - “Kəpəz” görüşü saat 18:00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpzi-stadiona-buraxlmad-t56348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR