Azarkeş millimizin hücumçusunun üstünə şığıdı: "Şəhəri tərk et!"

Azarkeş millimizin hücumçusunun üstünə şığıdı: "Şəhəri tərk et!"
10:19 18 Fevral 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türkiyədə gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, buna “Bursaspor”un futbolçusunun “Kayserispor”la dünənki qarşılaşmada etdiyi hərəkət səbəb olub.

 

Belə ki, Superliqanın XXI turunda “Kayserispor”la səfər görüşünün 19-cu dəqiqəsində rəqib oyunçu Rahem Lavala qarşı kobud oynayan forvard birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Dənizin bilərəkdən rəqib futbolçunun ayağını tapdalaması isə yerli azarkeşlərin narazılığı ilə qarşılanıb.

 

Buna qəzəblənən hər iki komandanın azarkeşləri “twitter” vasitəsilə narazılıqlarını bildiriblər. Hətta onlar oyunçunun ən sərt cəzaya məruz qalmasını tələb ediblər. Oyundan sonra keçirilən mətbuat konfransında “Bursaspor”un baş məşqçisi Mutlu Topçu da yetirməsini buna görə qınayıb.

 

Ancaq təcrübəli oyunçu ən böyük sürprizlə Bursada üzləşib. Belə ki, Bursaya qayıdan komandanı hava limanında qarşılayan azarkeşlərdən biri hücumçumuzun üzərinə şığıyıb. O, Dənizə “Səni bu komandada görmək istəmirəm. Nə haqqın var “Bursaspor”u pərişan etməyə? Bu forma sənə yaraşmır. Bursanı tərk et” deyərək, etirazını sərt şəkildə bildirib. Azarkeşi klubun vitse-prezidenti Ali Adəmoğlu və baş məşqçi Mutlu Topçu çətinliklə sakitləşdiriblər.

 

Qeyd edək ki, “Kayserispor” – “Bursaspor” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR