Azarkeşlərdən millimizin üzvünə: "Bursanı tərk et" - VİDEO

Azarkeşlərdən millimizin üzvünə: "Bursanı tərk et" -   VİDEO
10:27 18 Fevral 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasıda XXI tura start verilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Kayserispor"un qonağı olub.


Bundan əvvəl "Fənərbaxça" və "Qalatasaray"ı udan, "Beşiktaş"dan xal alan "Kayserispor" "Bursaspor"a da qalib gəlib - 2:0. Start heyətində yer alan Dəniz Yılmaz 19-cu dəqiqədə qırmızı vərəqə alıb. Buna səbəb onun Rahem Lavala qarşı kobud oynaması olub. 



Dənizin bilərəkdən rəqib futbolçunun ayağını tapdalaması isə yerli azarkeşlərin narazılığı ilə qarşılanıb. Buna qəzəblənən hər iki komandanın azarkeşləri “Twitter” vasitəsilə narazılıqlarını bildiriblər. Hətta onlar oyunçunun ən sərt cəzaya məruz qalmasını tələb ediblər. Oyundan sonra keçirilən mətbuat konfransında “Bursaspor”un baş məşqçisi Mutlu Topçu da yetirməsini buna görə qınayıb.

 

Ancaq təcrübəli oyunçu ən böyük sürprizlə Bursada üzləşib. Belə ki, Bursaya qayıdan komandanı hava limanında qarşılayan azarkeşlərdən biri hücumçumuzun üzərinə şığıyıb. O, Dənizə “Səni bu komandada görmək istəmirəm. Nə haqqın var “Bursaspor”u pərişan etməyə? Bu forma sənə yaraşmır. Bursanı tərk et” deyərək, etirazını sərt şəkildə bildirib. Azarkeşi klubun vitse-prezidenti Ali Adəmoğlu və baş məşqçi Mutlu Topçu çətinliklə sakitləşdiriblər.


 

Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarkelrdn-millimizin-uzvun-quotbursan-trk-etquot-t56349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR