İki dövlətin sərhədində canlı divar yaradıldı

İki dövlətin sərhədində canlı divar yaradıldı
10:58 18 Fevral 2017
144 Dünya
Ölkə mətbuatı
A- A+

Minlərlə meksikalı ABŞ prezidenti Donald Trampın planlarına etirazın əlaməti olaraq ABŞ-la sərhəddə yerləşən Syudad-Xuares şəhərində “canlı divar” yaradıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, aksiyada məşhur siyasətçilər, həmçinin Demokratik İnqilab Partiyasının banisi və üç dəfə prezidentliyinə namizəd olan Kuautemok Kardenas iştirak edib.

Əllərində qızılgül tutan aksiya iştirakçıları onları salamlaşma əlaməti kimi qonşu ölkənin sakinlərinə yelləyirdilər.

Qeyd edək ki, ABŞ və Meksikanın partnyor münasibətləri Trampın hakimiyyətə gəlişindən sonra gərginləşib. Tramp prezident vəzifəsinə başlayan kimi Meksika ilə sərhəddə divarın tikintisinə başlamağa göstəriş verib. Bundan başqa, ABŞ prezidenti divarın xərcinin Meksika tərəfindən ödənilməsini tələb edir. Amma Meksika prezidenti Enrike Penya Nyeto Trampın tələbini yerinə yetirməkdən imtina edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR