Azərbaycanda ötən ay 105 kq qızıl hasil olunub

Azərbaycanda ötən ay 105 kq qızıl hasil olunub
11:07 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında 105,1 kq qızıl hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% azdır.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il fevralın 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Rəsmi statistikaya əsasən, gümüş hasilatında da azalma qeydə alınıb. Belə ki, hesabat ayında ölkədə gümüş istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azalaraq 21,9 kq təşkil edib. Fevralın 1-nə hazır məhsul ehtiyatı 8,7 kq olub.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-oten-ay-105-kq-qizil-hasil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR