Ağdaşda "Azərenerji"nin elektrik kabeli oğurlanıb

Ağdaşda "Azərenerji"nin elektrik kabeli oğurlanıb
11:32 18 Fevral 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Ağdaş rayonunda "Azərenerji" QSC-nin elektrik kabeli oğurlanıb.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 17-də rayonun Xosrov kəndi ərazisində baş verib.
Belə ki, həmin kənddə naməlum şəxs və ya şəxslər tərəfindən "Azərenerji" QSC-yə məxsus 200 metr elektrik kabeli oğurlanıb.
Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonun Qülbəndə kənd sakini Məhəmməd Cəfərov saxlanılıb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-azerenerji-qsc-nin-elektrik-kabeli-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR