İrandan ABŞ-a terror ittihamı

İrandan ABŞ-a terror ittihamı
11:42 18 Fevral 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Terrorçuları, o cümlədən İŞİD-i ABŞ və onun müttəfiqləri silahlandırıblar.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Səhv ən əvvəldə edilib. Ancaq ən böyük səhv ancaq Suriya üçün deyil, qlobal təhlükə daşıyan terrorçu qrupları silahlandırmaq idi.  İŞİD-i silahlandıran eyni insanlar daha öncə də Səddam Hüseyn və "Əl Qaidə"yə silah verirdilər. Mən Trampın özünün "İŞID-i Amerika yaradıb" fikrinə əsaslanıram". 

İranlı nazir terrorçu qruplaşmaların yaranmasına daha bir səbəb kimi xaricilərin ərəb ölkələrinin ərazilərinə girməsini göstərib. O düşünür ki, ərəb torpaqlarında əcnəbi hərbçilərin yerləşdirilməsi ekstremistlərin birləşməsinə və pis şəraitdə olan gənclərin arasından yeni döyüşçülərin çıxmasına yol açır. 

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp İŞİD-in yaranmasından qaçmağın mümkün ola biləcəyini demişdi. Bunun üçün isə ABŞ regondakı neft yataqlarını nəzarətə götürməli idi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR