“A-Qroup Sığorta”nın səhmlərinin buraxılışı qeydiyyata alınıb

“A-Qroup Sığorta”nın səhmlərinin buraxılışı qeydiyyata alınıb
11:47 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "A-Qroup Sığorta Şirkəti" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 291 manat olan 7 750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1008006053 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Səhmlər “A-Qroup Sığorta Şirkəti” ASC-nin qeydiyyat nömrəsi AZ1007006054 və hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Beləliklə, tam yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 1 999 500 manat və ya 25% artacaq. 
Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8 005 750 manatdır. Şirkət əsasən tibbi sığorta üzrə ixtisaslaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/a-qroup-sigorta-si-rketi-nin-sehmlerinin-buraxilisi-qeydiyyata-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR