İstirahət gününün hava proqnozu açıqlandı

İstirahət gününün hava proqnozu açıqlandı
12:03 18 Fevral 2017
395 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə isə zəif duman olacağı gözlənilir.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/188318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR